Mask ABŞdə vəzifəlilərin məcburi bu testdən keçirilməsini istəyir

22.12.2024

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milyarder İlon Mask ABŞ-də seçilmiş vəzifələrdə çalışan insanlar üçün məcburi koqnitiv testin tətbiqini təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb. 

"Bəlkə biz seçilmiş məmurlar üçün bir növ əsas koqnitiv test tətbiq etməliyik?", - deyə Mask qeyd edib.

O bu fikrə ABŞ Nümayəndələr Palatasının nümayəndəsi Kay Qrencerin demensiya klinikasına yerləşdirilməsindən sonra gəldiyini bildirib.

81 yaşlı Qrencer 2024-cü ilin iyul ayından bəri ictimaiyyət arasında görünmür. O, küçədə yönünü itirmiş vəziyyətdə tapıldıqdan sonra xüsusi demensiya klinikasına yerləşdirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью