Mask Amerika telekanalını ağlara qarşı irqçilikdə ittiham edir

09.09.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

SpaceX və Tesla şirkətlərinin rəhbəri Elon Musk CNN televiziya kanalını ağdərili insanlara qarşı “çaşdırıcı və açıq irqçilik”də günahlandırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki paylaşımında bildirib.

Milyarder bu fikri CNN aparıcısının ukraynalı qaçqının qaradərili şəxs tərəfindən öldürülməsi ilə bağlı verdiyi açıqlamaya cavab olaraq yazıb.

“CNN-də ağdərililərə qarşı açıq-aşkar irqçilik... bu, iyrəncdir”, – deyə Mask qeyd edib.

O, həmçinin ABŞ-də təkrar cinayət törədənlərin həbs olunmasının ictimai təhlükəsizlik üçün müsbət nəticələr verəcəyini bildirib.

Mask daha əvvəl də media qurumlarını birtərəfli və qərəzli mövqedə ittiham etmişdi.

Aminə Şahsuvarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью