Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Amerikalı milyarder İlon Mask gələn il ABŞ-da hər bir uşağa "SpaceX" şirkətində pay verəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Mask sosial şəbəkə hesabında paylaşım edərək bunun bir sıra addımların ilki olacağını bildirib.
Lakin səhmlərin necə və hansı şərtlərlə paylanacağı barədə hələlik ətraflı məlumat verilməyib.
Məlumata görə, SpaceX-in dövriyyədə təxminən 8,1 milyard səhmi var. Şirkətin bir səhminin qiyməti isə son ticarət sessiyasının bağlanışında təxminən 146 dollar olub.
Maskın açıqlaması rəqib süni intellekt şirkəti Anthropic-in səhmlərinin 5%-ni ictimai fayda məqsədlərinə yönəldilmiş fonda bağışlamaq planını açıqlamasından sonra gəlib.
Dünyanın ən varlı insanlarından biri olan Maskın sərvətinin əsas hissəsi "SpaceX" səhmləri ilə əlaqələndirilir.
Bununla belə, "SpaceX" səhmlərinin uşaqlara paylanması ilə bağlı vədin necə həyata keçiriləcəyi hələlik məlum deyil.