Mask Avropaya xəbərdarlıq etdi Məhv olmaq təhlükəsi var…

01.08.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Rekord səviyyədə aşağı doğum nisbəti ilə əlaqdar dünyanın aparıcı iqtisadiyyatları məhv olmaq üzrədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerikalı milyarder İlon Mask sosial şəbəkə səhifələrində bildirib.
“27 Aİ ölkəsindən 21-də ölüm faizi doğum faizini üstələyir. Onlar uzun müddətdir ki, yox olmağa doğru gedirlər”, - sahibkar qeyd edib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Mask Avropa əhalisinin “böyük yerdəyişməsinin” artıq baş verdiyini  bəyan etmişdi. O, Brüsseldəki uşaqların 73%-nin avropalı olmadığını yazmışdı. Bundan əlavə, sahibkar iddia edirdi ki, davam edən demoqrafik proseslərlə əlaqədar Yer kürəsinin ağdərili əhalisi məhv olmaq təhlükəsi ilə üzləşir.
İş adamı həmçinin Avropa İttifaqının ləğv edilməli və ayrı-ayrı dövlətlərin hökumətlərinin xalqlarını daha yaxşı təmsil edə bilməsi üçün suverenliklərini bərpa etməli olduqlarını bildirmişdi. İş adamı həmçinin, bürokratiyanın Avropanı yavaş-yavaş boğduğunu qeyd etmişdi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью