Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-li iş adamı İlon Mask, 16 yaşından kiçik şəxslərin sosial şəbəkələrə girişini qadağan edəcəyini və bu platformaların rəhbərləri üzərində hüquqi nəzarəti artıracağını açıqlayan İspaniya Baş Naziri Pedro Sanchezə təhqir edib.
"Cebheinfo.az" xəbər verir ki, İlon Mask, sosial media platforması “X” hesabından, Sançezin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya Hökumətləri Zirvəsində etdiyi və 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcəklərini açıqladığı çıxışı paylaşaraq, “Sançez həqiqi faşist totalitardır” və “Kirli Sançez, İspaniya xalqına xəyanət edən zalim və xain biridir” ifadələrini işlədib.
Dubaydakı çıxışında sosial media platformalarının nəzarətini artıracağını və uşaqların girişini real şəkildə məhdudlaşdıracaq tədbirlər görəcəyini bildirən Sançez, rəqəmsal platformalarda nəzarəti artırmaq və rəhbərlərini bu şəbəkələrdəki qanun pozuntularından məsul tutmaq üçün tədbirlər görəcəyini də açıqlayıb.
Sançez həmçinin sosial şəbəkələrin “uğursuz dövlət imicinin yaradıldığı, qanunların gözardı edildiyi, cinayətlərin göz yumulduğu, yanlış məlumatların daha dəyərli sayıldığı və istifadəçilərin yarısının nifrət hücumlarına məruz qaldığı bir yerə çevrildiyini” qeyd edərək, bu kontekstdə İlon Maskı tənqid edib.
Sançez, İlon Maskın “miqrant olmasına baxmayaraq, İspaniya hökumətinin yarım milyon miqrantın leqallaşdırılması ilə bağlı suveren qərarı haqqında dezinformasiya yaymaq üçün şəxsi hesabından istifadə etməsini təəssüf hissi ilə müşahidə etdiklərini” də söyləyib.
İspaniya Baş Naziri 2025-ci ilin yanvar ayında da Maskı hədəf alaraq, “X” alqoritmasını “yalan yaymaq və qaralama kampaniyası aparmaq üçün manipulyasiya etmək”də ittiham etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin