Mask Baydenin oğlunu əfv etməsini ABŞın bütövlüyünə təhlükə hesab edir

02.12.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Elon Mask hesab edib ki, ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydeni əfv etmək qərarı ABŞ-ın bütövlüyünə mənfi təsir göstərə bilər.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Narkotik problemləri məni maraqlandırmır, lakin ABŞ-ın bütövlüyünü şübhə altına almaq yaxşı deyil. 2018-ci ildə "Colt Cobra" revolveri alarkən Hunter Bayden yazılı şəkildə yalan danışaraq narkotik qəbul etmədiyini söyləyib, baxmayaraq ki, qanun narkomanların odlu silaha sahib olmasını qadağan edir", - deyə Musk xatırladıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью