Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, Tramp administrasiyasının mətbuat katibi Kerolayn Livitt, rəsmilər arasında səs-küylü mübahisə barədə Amerika mediasında yayılan xəbərləri “anlaşılmazlıqlar”la əlaqələndirib.
“Bəzən prezidentin aparatı ilə Nazirlər Kabineti arasında fikir ayrılıqları olur.
Lakin biz bunun sağlam müzakirə prosesinin bir hissəsi olduğunu düşünürük.
Son nəticədə isə, bütün qərarları prezident Tramp qəbul edir”, - Kerolayn Livitt vurğulayıb.
Ağ Evdə qalmaqal: Mask və Bessent toqquşdular Xatırladaq ki, bir gün əvvəl “Axios” portalı Ağ Evin Qərb Qanadının foyesində prezident Donald Trampın iştirakı ilə ABŞ-nin Maliyyə naziri Skott Bessentlə və DOGE-nin rəhbəri İlon Mask arasında qızğın mübahisə barədə məlumat vermişdi.
Nəşrin yazdığına görə, “Tesla”nın rəhbəri uzun illər məşhur milyarderin investisiya fondunda işlədiyi üçün naziri “Soros agenti” adlandırıb.
Emosiyalarını cilovlaya bilməyən Bessent Maska qarşı “fuck you” söyüşünü işlədib, milyarder isə kinayə ilə “daha ucadan deyin” cavabını verib.