Mask Britaniyada siyasi partiyanı maliyyələşdirəcək

29.12.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın sağçı "Reform UK" partiyasının sədri Naycel Farac amerikalı milyarder və sahibkar İlon Maskın partiyanı maliyyələşdirəcəyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

N. Farac bildirib ki, İlon Mask ilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Floridadakı Mar-o-Laqo malikanəsində görüşüb.

Bu görüşdə İ.Mask "Reform UK" partiyasına kifayət qədər yüksək məbləğdə ianə bağışlayacağını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью