Mask bu radioları bağlatdırır: Bir milyard yeyinti var

10.02.2025

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Amerikalı milyarder və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) direktoru Elon Musk, hər il vətəndaşların 1 milyard dollarını israf etdiyini iddia edərək, Azad Avropa və Amerikanın Səsi Radiolarının bağlanmalı olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Mask ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenellin sosial media platforması X hesabında mövzu ilə bağlı paylaşımından sitat gətirib və bu qurumların niyə bağlanması lazım olduğunu dilə gətirib.
O, paylaşımında "Bəli, onu bağlayaq. Zalım bürokratiyadan başqa Avropa indi azaddır. Diqqət etdinizmi? Artıq bu kanalları heç kim dinləmir" ifadələrdən istifadə edib.
Bu təşkilatların illik 1 milyard dollar vergi xərclədiyini deyən milyarder, burada yalnız öz-özünə danışan radikal solçu çılğın insanlar olduğunu iddia edib.
Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью