Mask: Bunu etməsək, gələcək müharibələri uduzacağıq

07.02.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Amerika Birləşmiş Ştatları ordusunda təcili və köklü islahatlar aparmasa, gələcək müharibələrdə məğlubiyyətlə üzləşəcək. 

Ölkə.Az  xəbər verir ki, bunu İlon Mask deyib.

“Amerikanın silah proqramlarında tamamilə yenidən islahatlar aparılmalıdır. Əgər dərhal və köklü dəyişikliklər edilməzsə, o zaman Amerika növbəti müharibəni acınacaqlı şəkildə uduzacaq”, - Mask X (tvitter) səhifəsində yazıb.

O əlavə edib ki, ABŞ-nin hazırkı strategiyası dünən baş vermiş müharibə ilə mübarizə aparmaq üçün yüksək xərclə az sayda silah yaratmaqdır.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью