Mask da Durovla eyni fikirdədir

27.01.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Amerikalı milyarder İlon Mask “Telegram”ın qurucusu Pavel Durovun “WhatsApp”ın təhlükəsizliyi ilə bağlı kəskin tənqidlərinə dəstək verərək, sözügedən messencerin istifadəçilər üçün ciddi risk yaratdığı fikri ilə razılaşıb.

“Qafqazinfo” xəbər verir ki, İlon Mask bu iddialara “Düzdür” cavabını verərək, “WhatsApp”ın təhlükəsiz olmadığını, hətta “Signal”ın belə etibarlılığının şübhə doğurduğunu bildirib.

Mask alternativ olaraq özünün tam şifrələnmiş “X Chat” platformasından istifadəni tövsiyə edib.

Xatırladaq ki, P. Durov “X” sosial şəbəkəsində etdiyi paylaşımda “WhatsApp”ın şifrələmə sistemində çoxsaylı hücum vektorları aşkar etdiklərini bildirmişdi. O, 2026-cı ildə hələ də bu tətbiqin təhlükəsiz olduğuna inananları “ağılsız” adlandıraraq, platformanın iddia etdiyi gizliliyin reallığı əks etdirmədiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью