Mask DOGE dəki vəzifəsindən ayrıldı

29.05.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikalı milyarder İlon Mask ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) kuratoru vəzifəsini tərk edir.

Axar.az xəbər verir ki, bu barədə Mask özünün X şəbəkəsində məlumat yayıb.

“Mənim xüsusi dövlət işçisi kimi fəaliyyət müddətim başa çatır. Mən səmərəsiz xərclərlə mübarizə imkanına görə prezidentə təşəkkür edirəm”, - o bildirib.

Eyni zamanda, o, DOGE-nin ABŞ hökumətinin işində rolunun yalnız zaman keçdikcə artacağına əminliyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью