Mask DOGE nin ləğvi səbəbindən Reuters i ən pis agentlik adlandırıb

25.11.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İş adamı Elon Mask "Reuters" xəbər agetliyini ən pis agentlik adlandırdı.

Bizimyol.info xəbər verir ki, bu barədə Mask "Facebook"da yazıb.

"Reuters ən pis agentlikdir", - deyə o qeyd edib.

O, özünün əvvəllər nəzarət etdiyi Hökumət Səmərəliliyi Ofisinin (DOGE) ləğvi ilə bağlı agentliyin açıqlamasını saxtakarlıq adlandıran bir paylaşıma şərh verib.

Bir müddət əvvəl "Reuters" ABŞ Hökumətinin Kadr İdarəetmə Ofisinin rəhbəri Skott Kupora istinadən DOGE-nin bağlanmasından səkkiz ay əvvəl dağıldığını bildirmişdi. Agentliyin məlumatına görə, Kadr İdarəetmə Ofisi ləğv edilmiş agentliyin bir çox funksiyalarını öz üzərinə götürüb.

İnauqurasiyadan qısa müddət sonra ABŞ prezidenti Donald Tramp hökumət bürokratiyasını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq üçün bir sıra tədbirlər elan edib. O, həmçinin Maska agentliyin hökumətin səmərəliliyinin artırılması işinə nəzarət etməyi tapşırmışdı. Lakin Mask bu vəzifədə bir neçə ay işləyə bildi.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью