Mask dünyanın ən qabaqcıl süni intellektini təqdim etdi

10.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"X" sosial şəbəkəsinin sahibi İlon Mask rəsmi olaraq, dünyanın ən qabaqcıl süni intellekti adlandırdığı "Grok" çat-botunun dördüncü versiyasının buraxılışını elan edib.

Oxu.Az-ın verdiyi məlumata görə, süni intellektin yeni versiyasının təqdimatı amerikalı milyarderin "X" hesabında baş tutub.

"Süni intellekt sahəsindəki inkişafı izləmək son dərəcə maraqlıdır. Mən bunu insanın inkişafı ilə müqayisə edərdim - necə ki, insan tez öyrənir, daha şüurlu olur, süni intellekt ondan da sürətlə inkişaf edir", - deyə Mask "Grok 4"ün təqdimatı zamanı bildirib.

Qeyd edək ki, Mask 2023-cü ilin aprelində süni intellekt sahəsində fəaliyyət göstərən "xAI" startapını yaradıb. Bir neçə ay sonra şirkət süni intellektə əsaslanan "Grok" çat-botunu təqdim edib. Layihənin müəllifləri bildirirlər ki, bu məhsul analoqlarından senzuranın olmaması və real vaxtda aktual məlumatlara çıxış imkanı ilə fərqlənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью