Mask: Gələn ilin sonuna qədər insanabənzər robotların satışına başlaya bilərik

22.01.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mask: Gələn ilin sonuna qədər insanabənzər robotların satışına başlaya bilərik.

Banco.az xəbər verir ki, “Tesla”nın icraçı direktoru (CEO) İlon Mask bildirib ki, mövcud inkişaf tempinin davam etməsi halında süni intellekt böyük ehtimalla beş il ərzində bütün bəşəriyyətdən daha ağıllı olacaq.

Dünyanın ən zəngin iş adamı olan Mask İsveçrənin Davos qəsəbəsində keçirilən “Dünya İqtisadi Forumu”nun (WEF) İllik İclasları çərçivəsində təşkil olunan sessiyada çıxış edib.

Pulsuz süni intellekt və robot texnologiyalarının geniş yayılması halında qlobal iqtisadiyyatda analoqu olmayan bir artımın baş verəcəyini deyən Mask süni intellekt sahəsində o qədər çox robot istehsal ediləcəyini, bu robotların bütün insan ehtiyaclarını qarşılayacağını və say etibarilə insanların robotlardan az olacağını proqnozlaşdırdığını vurğulayıb.

Mask ümumilikdə gələcəyə nikbin baxdığını və bolluqla dolu bir dövrə doğru irəliləndiyini qeyd edərək, tarixin ən maraqlı mərhələsinin yaşandığını bildirib.

Yaşlanmanın həll edilə bilən bir problem olduğunu müdafiə edən Mask insanların çox uzun müddət yaşaması halında cəmiyyətin durğunlaşması və canlılığını itirməsi riskinin yarana biləcəyini söyləyib. Buna baxmayaraq, ömür müddətinin uzadılması və hətta yaşlanmanın geriyə çevrilməsi yollarının tapılmasının olduqca mümkün olduğunu da əlavə edib.

Muask insanabənzər (humanoid) robotların sürətlə inkişaf etdiyini və "Tesla" fabriklərində sadə tapşırıqları yerinə yetirən bəzi "Optimus" robotlarının olduğunu bildirib.

O, bu ilin sonuna qədər robotların daha mürəkkəb tapşırıqları yerinə yetirə biləcəyini və humanoid robotların ictimai satışının gələn ilin sonuna qədər başlaya biləcəyini söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью