Mask İlin adamı olmaq istəmir: Təvazökarlıq, yoxsa hesablama? | Icma.az
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerikalı sahibkar və innovator İlon Mask nüfuzlu "Time" jurnalı tərəfindən "İlin adamı" adlandırılmaq istəmədiyini bəyan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, milyarder bu mövqeyini "X" sosial şəbəkəsində istifadəçinin sualına cavab olaraq səsləndirib.
"Mən bunu heç istəmirəm", - deyə Mask bəyan edib. Bir neçə saat sonra digər istifadəçinin analoji paylaşımına milyarder belə cavab verib: "M
Qeyd edək ki, amerikalı milyarder artıq 2021-ci ildə bu fəxri ada layiq görülüb.
Bu il İlon Mask yenidən "İlin adamı" adına namizədlərin qısa siyahısına ABŞ-nin seçilmiş prezidenti Donald Tramp, vitse-prezident Kamala Harris və Uels şahzadəsi Keyt Middlton kimi məşhur şəxsiyyətlərlə birgə daxil edilib.
Lakin 2021-ci ildən fərqli olaraq, sahibkar bu titulu almaqda maraqlı olmadığını bildirib.
Qeyd edək ki, "Time" jurnalı 1927-ci ildən başlayaraq hər il "İlin adamı"nı seçir.
Tam oxu
Xəbəri oxu