Mask ilk dəfə 3 övladının anası ilə Fotolar

21.01.2025

Icma.az bildirir, Axsham.az portalına istinadən.

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Mask ilk dəfə ictimaiyyət arasında 3 övladının anası "Neuralink" şirkətinin xüsusi layihələr üzrə direktoru Şivon Zilislə görünüb.

Axşam.az xəbər verir ki, onlar ABŞ-nin 47-ci Prezidenti Donald Trampın təşkil etdiyi şam yeməyinə qatılıblar. Gecədə milyarderin oğlu da iştirak edib.

Zilis tədbir boyunca "Amazon"un qurucusu Ceff Bezos, onun nişanlısı Lauren Sançez, Trampın qızı İvanka Tramp, onun həyat yoldaşı Cared Kuşnerlə danışıb. 

Qeyd edək ki, Maskla Zilisin 2021-ci ildə Texasda əkizləri doğulub. Mask ötən ilin əvvəlində daha bir övladlarının olduğunu açıqlayıb. Milyarderin umumilikdə 12 övladı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью