Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın ən varlı adamı İlon Mask, super zəkanın gətirəcəyi bolluq dövründə uzaq gələcək üçün pul yığmağın mənasız olduğunu bildirib.
“Cebheinfo.az” xəbər verir ki, amerikalı milyarder İlon Mask “X” sosial media platformasındakı bir paylaşımda bunları qeyd edib:
"Super zəka bolluğunun ortaya çıxması ilə uzaq gələcək üçün pul yığmağın mənası yoxdur".
Bu qiymətləndirmə ilə Mask süni intellektin gələcəkdə yarada biləcəyi iqtisadi transformasiyaya işarə edib.
Bu mövzuda əvvəllər müxtəlif açıqlamalar verən Mask, süni intellekt və robototexnika sahəsindəki inkişafların məhsuldarlığı artıracağını, mal və xidmətlərə çıxışı asanlaşdıracağını proqnozlaşdırır.
Həmin texnologiyaların inkişafı ilə resurs qıtlığının azala biləcəyini iddia edən Mask, gələcəkdə iş və təqaüd haqqında ənənəvi anlayışın da dəyişə biləcəyinə inanır.
Mask əvvəllər süni intellektin və robotların geniş yayılmasının insanların işləmək ehtiyacını aradan qaldıra və gələcəkdə pul yığmağın əhəmiyyətini azalda biləcəyini irəli sürmüşdü.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin