Mask LosAngeles DƏHŞƏTİNDƏN YAZDI: Səbəbi iqlim dəyişikliyi deyil

12.01.2025

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kaliforniyanın Los-Anceles şəhərində yanğınların yayılmasının əsas səbəbi iqlim dəyişikliyi deyil, hakimiyyət orqanlarının səhlənkarlığıdır".

Publika.az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Əgər iqlim dəyişikliyi ilə bağlı izahatlar doğru olsaydı, meşə sahəsi Kaliforniyadan iki dəfə böyük olan Texasda təxminən iki dəfə çox ev yanğınları baş verərdi", - deyə sahibkar bildirib.

O, qeyd edib ki, Kaliforniya ştatının hakimiyyət orqanları təbii yanğınlara hazır deyillər:

"Bölgədə yanğından mühafizə vasitələri yox idi və kifayət qədər su ehtiyatı yox idi".

Mask əmindir ki, bu, dəhşətli səhlənkarlığın təzahürüdür.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью