Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"SpaceX" və "Tesla" şirkətlərinin sahibi, texnomaqnat İlon Mask maliyyəçi Ceffri Epşteyndən dəfələrlə dəvət aldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.
İ.Mask hər dəfə məşhur maliyyəçinin adasına baş çəkməkdən imtina etdiyini deyib.
"Mən Epşteynlə çox az yazışmışam və onun adasına baş çəkmək üçün təkrarlanan dəvətlərdən imtina etmişəm. Amma yaxşı bilirdim ki, bəzi elektron poçt yazışmalarımız səhv şərh oluna və bədxahlar tərəfindən mənim adıma ləkə vurmaq üçün istifadə edilə bilər", - Mask etiraf edib.
Daha əvvəl bildirilmişdi ki, maliyyəçinin işi ilə bağlı prokurorluq tərəfindən dərc edilmiş materiallarda məşhur amerikalı sənətçilər Eminem, Merilin Menson, cinsi istismarda ittiham olunan Şon Kombs (Diddi) və bir sıra digər tanınmış şəxslərdən bəhs olunur.