Mask məhv olmuş platformanı TikTok a rəqib kimi GERİ QAYTARIR | Icma.az
Icma.az, Publika.az portalına istinadən məlumat yayır. Amerikalı sahibkar İlon Mask özünün "X" sosial şəbəkəsində qısa video platforması ola
Publika.az xəbər verir ki, bu mesaj ABŞ-da "TikTok"un qadağa olunması fonunda verilib.
“Neowin” bildirib ki, Mask yaranan boşluğu doldurmaq üçün unikal fürsət əldə etdi.
İllər ərzində sadiq izləyiciləri olan məşhur altı saniyəlik video platforması "Vine" 2017-ci ildə qəfil bağlanıb.
Mümkündür ki, "Vine" funksionallığı hansısa şəkildə "X"ə daxil ediləcək, çünki Mask daha əvvəl "X"i mesajlaşma və ödənişlərdən tutmuş video və digər əyləncələrə qədər geniş spektrli xidmətləri özündə birləşdirən universal proqrama çevirməyi planlaşdırdığını bəyan etmişdi.
Qeyd etmək lazımdır ki, bu, Maskın "Vine"ı qaytarmaq üçün ilk cəhdi deyil - 2022-ci ildə o, artıq istifadəçilər arasında xidmətin geri qaytarılmasına münasibəti ilə bağlı sorğu keçirib.
"Neowin" mənbələrinə görə, "Vine"nın bərpası əhəmiyyətli səylər tələb edəcək.
Lakin müvəffəqiyyət qazanarsa, xidmət ABŞ-ı tərk edən "TikTok"un yerini tuta biləcək.
Tam oxu
Xəbəri oxu