Mask: Mən olmasaydım Tramp seçkiləri uduzar

05.06.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

İlon Mask ABŞ-ın hazırkı prezidenti Donald Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı Tramp seçkilərdə qalib gələ bilməzdi.

APA xəbər verir ki, Mask bu haqda öz “X” hesabında məlumat verib.

"Mən olmasaydım, Tramp seçkiləri uduzar, Nümayəndələr Palatası Demokratların nəzarəti altına keçərdi", - o yazıb.

Qeyd edək ki, Maskın tənqidi Trampın onun hərəkətlərindən məyus olması ilə bağlı sözlərinə cavab olaraq yazılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью