Maşk MKİ nin baş qərargahına baş çəkib Axios

01.04.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ hökumətinin işinin effektivliyini artırmaqla məşğul olan DOGE milyarderi Elon Maşk, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş qərargahına baş çəkib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı bazar ertəsi məlumat yayıb.

"Digər hökumət orqanlarından fərqli olaraq, DOGE MKİ-nin verilənlər bazalarına və daxili sistemlərinə daxil ola bilməz, çünki onların əksəriyyəti tamamilə gizlidir", - deyə vəziyyətdən xəbərdar olan mənbə "Axios"a bildirib.

Məlumatlara görə, Maşk MKİ-nin rəhbəri Con Retklif və onun müavini Maykl Ellis ilə görüşüb, həmçinin kəşfiyyat xidmətinin digər rəsmiləri ilə də müzakirələr aparıb. O, MKİ-nin büdcə xərclərini azaltmaq məqsədilə DOGE tərəfindən inkişaf etdirilən işləri təqdim edib. Portalın verdiyi məlumata görə, kəşfiyyat idarəsində bu məqsədlə bir neçə həftə əvvəl özünün effektivliyi artırma şöbəsi yaradılıb.

Martın 21-də Maşk Pentaqonla görüşüb, burada xərclərin azaldılması və innovasiyaların tətbiqi məsələləri müzakirə olunub. Lakin bu görüş, "New York Times" qəzetinin xəbərinə görə, başlanmamışdan əvvəl mübahisələrə səbəb olub. Qəzet bildirib ki, görüş zamanı milyarder Çinlə mümkün müharibə halında müdafiə nazirliyinin planları təqdim olunacaq. ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Hegset bu məlumatı təkzib edərək, Maşka belə bir məlumatın veriləcəyini inkar ediblər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью