Mask narahatdır: “ABŞ antidepresanların istifadəsində dünya lideridir”

27.01.2025

Ayna saytına istinadən Icma.az xəbər verir.

“ABŞ həkimləri antidepresanları həddən artıq təyin edirlər”

“ABŞ antidepresanların istifadəsində dünya lideridir. Çünki amerikalı həkimlər bu növ dərmanı həddən artıq təyin edirlər”. AYNA xəbər verir ki, bu sözləri amerikalı milyarder İlon Mask “X” sosial şəbəkə hesabında yazıb.

Mask ABŞ-da antidepresanların niyə bu qədər populyar olması ilə maraqlanan bir istifadəçinin paylaşımına belə şərh verib: "Həkimlər onları həddən artıq çox yazırlar".

İstifadəçi min nəfərə düşən antidepresan dərmanların sayına görə ölkələrin reytinqini göstərən cədvəli də əlavə edib. Onun məlumatlarına görə, ABŞ depressiyanın müalicəsi və qarşısının alınması üçün dərman qəbul edən hər min nəfərə 110 xəstə ilə dünyada birinci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью