“Mask narkotikin təsiri altında paylaşım edir”

17.12.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İlon Mask narkotik vasitələrə meyillənib və sosial şəbəkələrdə etdiyi paylaşımlar məhz bu maddələrin təsiri altında yazılır”

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Vanity Fair” nəşri  məlumat yayıb.

Nəşrin yazdığına görə, Ağ Evin aparat rəhbəri Susan Vayls iddia edib ki, Mask qeyri-adi davranışları ilə seçilən bir şəxsdir və onun son dövrlər sosial şəbəkələrdəki fəallığı da bu kontekstdə diqqət çəkir.

Qeyd edək ki, “SpaceX” və “Tesla” korporasiyalarının qurucusu olan Mask hazırda dünyanın ən varlı insanı hesab olunur. Onun ümumi sərvətinin 600 milyard ABŞ dollarını keçdiyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью