Mask Oskar mükafatlarına da əl gəzdirəcəyini dedi

04.03.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Amerikalı milyarder və ixtiraçı İlon Mask "Oskar" mükafatında tam xaos yaşandığını bildirib.

Oxu.Az-ın verdiyi məlumata görə, o, bu barədə "X" sosial şəbəkəsində bəyan edib. Mask istifadəçilərdən birinin Amerika Kino Akademiyasının inklüzivlik və müxtəliflik qaydalarına dair paylaşımına tənqidi reaksiya verib.

"Bu, tam bir xaosdur. Yaxşı filmlər qalib gəlməlidir, məşhur olanlar deyil", - deyə Mask yazıb.

Qeyd edək ki, "Ən yaxşı film" kateqoriyasına namizədlər üçün aktyor seçimi ilə bağlı tələblər müəyyən edilib. Məsələn, "Oskar"a namizəd filmlərin heyətinin azı 30 faizini irqi, milli, gender azlıqlarına mənsub şəxslər və ya fiziki məhdudiyyətli insanlar təşkil etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью