Mask öz rekordunu qırdı

23.11.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Amerikalı sahibkar İlon Mask növbəti dəfə özünün 2021-ci il dünya rekordunu qıraraq tarixin ən zəngin adamı olub.

“Qafqazinfo” xəbər verir ki, bunu “Bloomberg” agentliyi dünyanın ən varlı adamlarının siyahısını yeniləyərək təqdim edib.

Belə ki, Maskın sərvəti hazırda 348 milyard dollar qiymətləndirilir. “Tesla” və “SpaceX”in qurucusu olan Mask 2021-ci ilin noyabrında 340 milyard dollar kapitala sahib idi.

Bundan əlavə, İlon Mask digər milyarderləri nəzərəçarpacaq dərəcədə qabaqlayır. Beləliklə, reytinqdə ikinci yerdə qərarlaşan “Amazon”un qurucusu Ceff Bezosun sərvəti hazırda 219 milyard dollardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью