Mask öz rekordunu qırdı

23.11.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Tesla-nın CEO-su Elon Mask, 334,3 milyard dollarlıq sərvəti ilə rəsmi olaraq həm indiyədək özünün, həm də dünyada hər hansı bir şəxsin malik olduğu ən böyük sərvətə sahibdir. 

Milli.Az Forbes-a istinadla xəbər verir ki, Maskın sərvətinin sürətli artımı, onun rəhbərlik etdiyi elektrik avtomobilləri istehsal edən Tesla şirkətinin səhmlərinin qiymətinin yüksəlməsi ilə əlaqələndirilir. Xüsusilə, ABŞ-də Donald Trump-ın prezident seçkilərində qələbəsindən sonra Tesla səhmlərində böyük artım qeydə alınıb.

Elon Mask, seçki kampaniyası zamanı Donald Trump-ın ən böyük dəstəkçilərindən biri olub və hətta onun mitinqlərində iştirak edib. Bu siyasi əlaqələr də Maskın sərvətinin artımına dolayı təsir göstərmiş ola bilər.
Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью