Mask paylaşım etdi, Türkiyə də var: Güc balansı dəyişir

31.01.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerikalı milyarder İlon Mask dünyada güc balansının dəyişdiyini bildirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o, sosial mediadakı paylaşımında Beynəlxalq Valyuta Fondunun (BVF) real qlobal ÜDM artımına ən çox töhfə verən ölkələr üzrə statistikasına istinad edib.

“Güc balansı dəyişir”, - İ.Mask yazıb.

Qeyd edək ki, BVF-nin 2026-cı il üçün məlumatlarına görə, qlobal ÜDM artımının 26,6 faizi Çin, 17 faizi Hindistan, 9,9 faizi ABŞ, 3,8 faizi İndoneziya və 2,2 faizi Türkiyənin payına düşür. Asiya-Sakit okean regionu bütün real qlobal ÜDM artımının təxminən yarısını təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью