Mask Polşa xarici işlər nazirini ağzından su axan axmaq adlandırıb

28.01.2026

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı sahibkar Elon Mask və Polşa xarici işlər naziri Radoslav Sikorski arasında ictimai münaqişə başlayıb.

Bizimyol.info xəbər verir ki, mübahisə Polşa xarici işlər nazirinin Rusiyanın Ukraynaya hücumlar üçün "Starlink"dən istifadəsini məhdudlaşdırmaq çağırışından qaynaqlanıb.

Sikorski, Maska: ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatlarını təsdiqləyib ki, Rusiya Silahlı Qüvvələri öz hücum dronlarına terminalar inteqrasiya edərək onların fəaliyyət radiusunu artırır", - deyə müraciət edib.

Mask isə cavab olaraq, təhqiredici ifadələr işlədərək onun üzərinə hücum edib. "Bu, ağzının suyunu axıdan axmaq hətta "Starlink"in Ukraynanın hərbi rabitəsinin onurğası olduğunu belə başa düşmür", - deyə o, naziri təhqir edib.

Polşa Xarici İşlər Nazirliyi hələlik Maskın ictimai təhqirlərinə cavab verməyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью