Mask Polşanın xarici işlər nazirinə kiçik adam deyib

10.03.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın ən varlı adamı və ABŞ prezidenti Donald Trampın baş müşaviri Elon Mask, Ukrayna ordusunun "Starlink" şəbəkəsindən internet xidməti olmadan çökəcəyini söyləyib.

Bizimyol.info xəbər verir ki, "X" sosial media platformasında Tramp tərəfdarı olan bəzi siyasi analitiklərə qoşularaq, ötən gün Ağ Evin qarşısında qaldırılan nəhəng Ukrayna bayrağının ABŞ administrasiyası tərəfindən maliyyələşdirilə biləcəyini tənqid edən Mask: "Xüsusilə Monakoda malikanədə yaşayan 10 ukraynalı oliqarxa qarşı sanksiya tətbiq edin və onların əlaqəsi dərhal kəsilsin", - deyə açıqlaması ilə çıxış edib.

Mask "Starlink"i Ukraynaya təklif etməklə "Putinə meydan oxuduğunu" və bu sistemlərin Ukrayna ordusunun "onurğa sütunu" olduğunu bildirib. Sahibkar bildirib ki, xidməti dayandırsa, Ukrayna cəbhəsiməhvə məhkum olcaq.

Bu arada Polşanın xarici işlər naziri Radoslav Sikorski Maskın yazısına cavab olaraq Ukraynanın "Starlink" sistemi üçün təxminən 50 milyon dollar ödədiklərini xatırladıb: "Əgər "SpaceX" etibarsız tədarükçü olduğu ortaya çıxarsa, biz başqa təchizatçılar axtarmalı olacağıq", - deyə qeyd edib.

Mask polşalı nazirə: "Sakit ol, kiçik adam. Xərclərin çox cüzi bir hissəsini ödəyirsiniz", - deyə cavab verib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью