Mask: Qanunsuz miqrantları dövlət hesabına lüks otellərdə yerləşdiriblər

10.02.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentlik (FEMA) qeyri-qanuni miqrantların lüks otellərdə yerləşdirilməsinə 59 milyon dollar xərcləyib.

Teleqraf xəbər verir ki, bu barədə amerikalı sahibkar və ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask öz sosial şəbəkə hesabında bildirib.

Mask deyib: "DOGE komandası indicə öyrənib ki, FEMA ötən həftə qanunsuz miqrantları yerləşdirmək üçün Nyu-Yorkdakı lüks otellərə 59 milyon dollar göndərib".

Mask əlavə edib ki, FEMA-dan ayrılan vəsaiti geri qaytarmağı tələb etmək niyyətindədir. Onun sözlərinə görə, qurumun bu addımı qanunsuzdur. Sahibkar vurğulayıb ki, bu vəsait təbii fəlakətlər zamanı əhaliyə kömək üçün yönəldilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью