Mask Rusiya və Ukrayna arasında sülh sazişi gözləyir

28.03.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İlon Mask Moskva ilə Kiyev arasında sülh sazişinin olacağını proqnozlaşdırıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində deyib.

“Mən inanıram ki, son nəticədə sülh danışıqlar yolu ilə əldə olunacaq”, - deyə Mask bildirib. Eyni zamanda, o, Ukraynadakı münaqişənin həlli üçün vahid həll təklif etməyən, lakin Rusiyaya güzəştə getməyin mümkün olmadığını iddia edənlərin fikirlərini nəzərə almamağı zəruri sayır.

"Gözlə görülməyən fəziləti real əməllərdən üstün tutanlara görə çox qəzəblənirəm. Onlar "Rusiyaya təslim ola bilmərik" deyirlər, amma hər gün minlərlə uşağın ölümünün qarşısını almaq üçün heç bir çıxış yolu təklif etməyənlər. Onlar sadəcə olaraq bunun sonsuza qədər davam etməsini istəyirlər. Belə insanlara nifrət edirəm”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью