525.az saytına istinadən Icma.az xəbər verir.
“Çin Sədri Si Cinpin böyük liderdir. Onun hakimiyyətdə olduğu müddətdə ölkə mühüm irəliləyişlər əldə edib”.
525.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask bildirib.
“Si Cinpini mən böyük lider hesab edirəm. Onun hakimiyyəti ərzində Çin böyük rifaha nail olub", - Mask deyib.
O, Pekindən Sian şəhərinə (Şansi əyaləti) sürət qatarı ilə etdiyi səfərlə bağlı danışarkən deyib ki, Çində tərəqqinin ildən-ilə, hətta bir il ərzində belə necə baş verdiyini görmək olar. Bu, çox aydın şəkildə nəzərə çarpır.
Mask vurğulayıb ki, bütün bunlar Çin liderinin böyük iş gördüyünü və görkəmli şəxs olduğunu göstərir.
Si Cinpin bu gün ABŞ-a dövlət səfərinə yola düşüb. Onun səfəri sentyabrın 25-dək davam edəcək. Çin Sədri ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.
“Financial Times” qəzetinin məlumatına görə, Tramp Si Cinpini Endryus aviabazasında şəxsən qarşılayacaq.
Pərvanə Sultanova