Mask siyasətə qayıdır Donorluq davam edəcək

23.01.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


ABŞ-li milyarder, “Tesla”, “SpaceX” və “Starlink” şirkətlərinin rəhbəri İlon Mask yenidən siyasətə qayıdır.
Bakupost.az “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, Mask 2026-cı ildə keçiriləcək ara seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının namizədlərini maliyyələşdirməyə hazırlaşır.
Bildirilir ki, milyarder artıq Respublikaçılar Partiyasından olan Senat namizədinə 10 milyon dollar vəsait ayırıb.
Eyni zamanda Maskla Donald Tramp arasında münasibətlərin də yumşalmağa başladığı qeyd olunur.
Mənbələrin məlumatına görə, son həftələrdə Maskın siyasi komandası ara seçkilərlə bağlı mümkün işlərdən əvvəl potensial podratçılarla bir sıra görüşlər keçirib.
Yasəmən,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью