Mask sosial şəbəkəsinin tövsiyə alqoritmini tənqid etdi

24.01.2025

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində tövsiyə alqoritmini kəskin tənqid edib.

Manset.az xəbər verir ki, Mask bu barədə öz X sosial şəbəkəsində məluma yayıb. 

"Lentimdə daha bir nasist salamı görsəm, qəzəblənəcəyəm. Bu alqoritm həqiqətən dəhşətlidir" - o, deyib

Platforma sahibi bu məsələni dərhal menecerlə müzakirə etmək arzusunu ifadə edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi zamanı xalqa müraciət edən Mask seçkilərdə iştiraklarına görə vətəndaşlara təşəkkür edib. Sağ əlini ürəyinə qoymuşdu, sonra əlini yuxarı qaldırmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью