Mask SpaceX in səhmlərini amerikalı uşaqlara verəcəyini vəd edib

19.10.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"SpaceX"in baş icraçı direktoru İlon Mask 2027-ci ildə ABŞ-dəki bütün uşaqlara bir səhm paylamağa söz verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə o sosial şəbəkələrdə yazıb.

Mask bunun bu cür addımların "birincisi" olacağını qeyd edib.

Agentliyin məlumatına görə, avqust ayına olan göstəricilərə əsasən, Mask "SpaceX"in təxminən 4,8 milyard səhminə sahib idi. O, variantlar üzrə və mükafat şəklində daha təxminən 1,6 milyard səhm əldə edə bilər. Faktiki olaraq ona məxsus olan qiymətli kağızlarla birlikdə bu, 48,4 % səviyyəsində benefisiar payına uyğundur.

1 iyul tarixinə ABŞ-də 18 yaşınadək 72 milyon sakin qeydə alınıb. Əgər onlara hərəyə bir "SpaceX" səhmi indi paylansa, onlar ümumilikdə təxminən 10,5 milyard dollar ekvivalentində vəsait əldə edəcəklər.

Həftəsonu ABŞ-nin süni intellekt startapı "Anthropic" öz səhmlərinin 5 %-ni şirkətin strukturu daxilində fəaliyyət göstərəcək və ictimai rifaha yönəlmiş yeni fonda verəcəyini elan edib. Mask "Anthropic"in "X"dəki paylaşımına cavab olaraq yazıb ki, səhmləri birbaşa insanlara verməyi tövsiyə edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью