Mask: “SpaceX” Nvidia süni intellekt superkompüterlərini 2027 ci ildə kosmosa göndərəcək

14.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 sentyabr, AZƏRTAC

“SpaceX” şirkəti Nvidianın süni intellekt superkompüterlərini 2027-ci ildən kosmosa göndərməyə başlaya bilər.

AZƏRTAC xəbər verir ki, bunu “SpaceX” şirkətinin təsisçisi İlon Mask “X” sosial şəbəkəsində yazıb.

“Mən əminəm ki, “SpaceX” gələn il Nvidia VR NLV72 süni intellekt kompüterlərini kosmosa göndərəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Mask daha əvvəl süni intellekt modelləri üçün hesablama gücünün gələcəkdə Yer əvəzinə kosmosda yerləşdirilməsinin daha sərfəli ola biləcəyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью