Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İlon Mask Böyük Britaniyanın baş naziri Keir Starmeri sərt şəkildə tənqid edərək, onu “öz fikri olmayan aktyor” adlandırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkə platformasında yazıb.
"Starmer öz fikri olmayan, boş düşüncəli aktyordur. Başqalarının ona nə deyəcəyini gözləyir", - deyə qeyd edib.
Sentyabrın 13-də amerikalı milyarder Londonda mühacirlərə qarşı etirazları dəstəkləyib. O, video bağlantı vasitəsilə kütləyə müraciət edib və Starmer hökumətini tənqid edərək "Parlamentin buraxılmasını" tələb edib.
Mask həmçinin britaniyalıların "söz azadlığı hüquqlarından istifadə etməkdən qorxduğunu" iddia edib və BBC-ni "Böyük Britaniyanın məhv edilməsində şərik" adlandırıb.
Qadir, Bizimyol.info