Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
İlon Mask 268.000 “Tesla” səhmini Yeni il ərəfəsində adı açıqlanmayan bir xeyriyyə təşkilatına bağışlayıb.
Publika.az xəbər verir ki, açıqlamada deyilir ki, “Tesla”nın təxminən 12,8%-nə sahib olan Mask ianəni səhmləri satmaq niyyətində olmayan bəzi xeyriyyə təşkilatlarına edib.
“Reuters” qeyd edib ki, 2021-ci ildə Mask 1,95 milyard dollar dəyərində “Tesla” səhmlərini bağışlayıb. 2022-ci ildə bənzər bir hərəkəti təkrarlayıb. Son ianə təxminən 108,2 milyon dollar dəyərində qiymətləndirilir.
Mask Fondu müxtəlif məqsədlər üçün, o cümlədən "bəşəriyyətin xeyrinə təhlükəsiz süni intellektin inkişafı" üçün qrantlar təklif edir.
Tural