Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
İlon Mask Texasda kiçik bir şəhərin ölçüsündə olacaq zavod layihəsini nümayiş etdirib.
Tesla və SpaceX şirkətlərinin birgə inşa edəcəyi və Terafab adlandırılacaq zavod Texas ştatının Qreyms dairəsində, Hyuston şəhəri yaxınlığında yerləşəcək. Müəssisədə Tesla avtomobilləri və robotları üçün çiplər və mikroçiplərin istehsalı nəzərdə tutulur.
Zavodun ümumi sahəsi təxminən 9,3 milyon kvadratmetr olacaq. Layihə uğurla həyata keçirilərsə, bu bina dünyanın ən böyük binası olacaq.
SpaceX-in saytında qeyd olunur ki, zavodun tikintisi zamanı ətraf mühitin qorunmasına maksimum diqqət yetiriləcək. Belə ki, şirkətlər quyulardan istifadə etməkdən imtina edərək su anbarlarından əldə olunan sudan istifadə etməyi, müəssisənin ərazisində təmizləyici qurğular inşa etməyi və mümkün olduğu hallarda təkrar emal olunmuş materiallardan yararlanmağı planlaşdırırlar.
Layihənin ümumi dəyəri 119 milyard dollar qiymətləndirilir. Onun dəqiq reallaşdırılma müddəti isə hələlik məlum deyil.
S.ELAY
XQ