Mask təyyarədaxili internetləri nəzarətə götürür

16.01.2026

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerikalı sahibkar İlon Maskın təyyarədaxili internet bazarında üstünlük əldə etmək planları Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan “Ryanair” tərəfindən dəstəklənmir.

Reyting.az-ın məlumatına görə, “Ryanair”in baş direktoru Maykl O’Liri “Starlink” sisteminin şirkətin təyyarələrinə quraşdırılmasına qarşı çıxıb.

“Antena təyyarənin gövdəsinə quraşdırılmalıdır ki, bu da əlavə çəki və aerodinamik müqavimət yaradır, nəticədə yanacaq sərfiyyatı təxminən 2 faiz artır. Biz düşünmürük ki, sərnişinlərimiz bir saatlıq uçuş zamanı Wi-Fi üçün əlavə ödəniş etməyə hazırdırlar”, - deyə aviaşirkət rəhbəri bildirib.

Bununla belə, Almaniyanın “Lufthansa” aviaşirkəti bu həftənin əvvəlində təyyarələrinə “Starlink” internet sisteminin quraşdırılması üçün müqavilə imzaladığını açıqlayıb.

Xatırladaq ki, ötən il Skandinaviya aviaşirkəti SAS da “Starlink”i seçərək sistemin aerodinamik müqavimətinin rəqib texnologiyalarla müqayisədə daha aşağı olduğunu bəyan etmişdi.

Hazırda “Qatar Airways” sərnişin təyyarələrinə “Starlink” quraşdırılması sahəsində qabaqcıl mövqedədir. Şirkət 2025-ci ilin yayına qədər 50-dən çox təyyarədə “Starlink” internet xidmətini istifadəyə verib.

V. QULİYEV


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью