Mask: “Trampdan sonra prezidentliyə ən yaxşı namizəd Vensdir”

28.02.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bütün zamanların ən yaxşı vitse-prezidenti və gələcək prezidentimiz”

Amerikalı milyarder İlon Mask Donald Trampın səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ-ın hazırkı vitse-prezidenti J.D.Vensi dövlət başçısı postuna ən yaxşı namizəd kimi göstərib. AYNA.AZ xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bütün zamanların ən yaxşı vitse-prezidenti və gələcək prezidentimiz”, - deyə Mask Vensin Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə söz azadlığı məsələsi ilə bağlı son söhbətini şərh edən yazıya belə cavab verib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Baş nazirin fəaliyyətini tənqid edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью