Azvision saytından alınan məlumata görə, Icma.az bildirir. AzVision.az xəbər verir ki, vəziyyətlə tanış olan altı mənbəyə istinadən belə məl
Maraqlıdır ki, hər üç şirkət Trampın tərəfdarları tərəfindən təsis edilib.
“Reuters”in məlumatına görə, “Qızıl Qübbə” ilə bağlı qərarların qəbulu prosesi ilkin mərhələdədir və həm iştirakçıların tərkibi, həm də layihənin strukturu dəyişə bilər.
“İlkin plana əsasən, şirkətlər raketləri aşkarlamaq üçün orbitə 400-dən 1000-dək peyk çıxarmaq niyyətindədirlər.
Bundan əlavə, aşkar edilmiş təhlükələri vuracaq raket və ya lazerli 200-ə yaxın döyüş peyki olacaq.
Bununla belə, “SpaceX”, çox güman ki, peyklərin silahlanmasında iştirak etməyəcək”, - mənəblər agentliyə açıqlamada deyiblər.
“Reuters”in konkret suallarını cavablandırmaqdan yayınan Pentaqon, yalnız “Ağ Evin icra sərəncamı və vaxt qrafiki çərçivəsində” variantları prezidentə təklif edəcəyini bildirib.
“SpaceX” layihədəki rolunun “abunə xidməti” kimi təyin edilməsi təklifini verib, yəni hökumət texnologiyaya giriş üçün pul ödəyəcək, lakin ona sahib olmayacaq.