Mask Trampın qanun layihəsini iyrənc adlandırdı

04.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Sahibkar və milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı "vahid, böyük, gözəl qanun layihəsi"ni iyrənc adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.

Mask əlavə edib ki, bu təşəbbüs onsuz da nəhəng olan büdcə kəsirini daha da artıracaq və ölkə vətəndaşlarını çox ağır borc yükü ilə üz-üzə qoyacaq.

Trampın "vahid, böyük, gözəl qanun layihəsi" adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью