Mask Trampın siyasi kampaniyalarına maliyyə dəstəyini kəsə bilər | Icma.az
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İlon Mask, ABŞ prezidenti Donald Tramp ilə münasibətlərində yaranan narazılıq səbəbindən, ona və respublikaçılara bağlı qurumlara $100 milyonluq maliyyə dəstəyi verməkdən imtina edə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Məlumata görə, bu, 2026-cı ildə keçiriləcək Konqresin ara seçkilərinin nəticələrinə təsir göstərə bilər.
Mask, artıq Trampın seçki kampaniyasına ən azı $250 milyon xərcləyib.
Qəzetin bildirdiyinə görə, Mask, öz media resurslarını ABŞ administrasiyasına təzyiq göstərmək məqsədilə də istifadə edə bilər.
Mask, "X"də, "amerikalıların 80%-nin maraqlarını əks etdirəcək yeni bir siyasi partiyanın yaradılması" ilə bağlı sorğu yerləşdirib.
4,6 milyon iştirakçının 80%-i bu ideyanı dəstəkləyib. 5 iyun tarixində Tramp və Mask sosial şəbəkələrdə sərt mübahisəyə qoşulublar.
Tam oxu
Xəbəri oxu