Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Düşünürəm ki, bu, "parça" kimi bir şeydir”
Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı yaratdığı Sülh Şurası barədə zarafat edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Clash Report” “Telegram” kanalı yazıb.
Mask zarafatını "sülh" və "parça" sözləri arasındakı oxşarlıqla əsaslandırıb.
"Sülh Şurasının yaradılması haqqında eşitmişəm. Düşünürəm ki, bu, "parça" kimi bir şeydir. Bilirsiniz, Qrenlandiyanın kiçik bir parçası, Venesuelanın kiçik bir parçası. Biz yalnız sülh istəyirik", Mask zarafat edib və tamaşaçılar onu alqışlayıblar.