Mask Ukrayna ilə bağlı mövqeyini niyə dəyişdiyini açıqladı

22.02.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Amerikalı sahibkar və milyarder İlon Mask bildirib ki, Rusiya müharibəya başlayaraq “həddindən artıq irəli gedib", indi isə “Ukrayna həddindən artıq irəli gedir".
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu qırğına davam edənlərdə empatiya və ağıl yoxdur. Səngərlərdə sonsuz itkilər yanlışdır”, - Mask yazıb. 
Cümə günü Mask həmçinin bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı prezident seçkilərində sarsıdıcı məğlubiyyətə uğrayacağını anlayır.
Biznesmenin fikrincə, Amerika Prezidenti Ukrayna liderini görməzlikdən gələndə düzgün hərəkət edir. 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью