Mask Ukraynanın Starlink ə qoşulmasını səhv hesab edir

06.11.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikalı milyarder İlon Mask Ukraynaya “Starlink” peyk interneti sisteminə çıxışın təmin edilməsini səhv qərar kimi qiymətləndirən paylaşımı yenidən yayıb.

APA xəbər verir ki, Mask “X”-də “Whole Mars Catalog” hesabının paylaşımını repost edib.

Həmin paylaşımda “SpaceX” şirkətinin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin əvvəlində Ukraynaya minlərlə “Starlink” antenasını pulsuz verməsinin və xidmət üçün hər ay milyonlarla dollar xərcləməsinin səhv qərar olduğu bildirilib.

“Əvvəlcə mülki əhali üçün internetə çıxış təmin etmək məqsədi daşıyan sistem avtonom ölümcül dronların əsasına çevrildi. İndi isə onun hərbi məqsədlərlə istifadəsini dəstəkləməyənlər mətbuatda tənqid olunur”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, “Starlink” xidmətinə Ukraynada 2022-ci ilin fevralında, Rusiyanın genişmiqyaslı hücumundan sonra çıxış təmin edilib. Xidmət mülki infrastrukturla yanaşı, hərbi rabitə ehtiyacları üçün də istifadə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью