Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən Elon Musk və ABŞ maliyyə naziri Scott Bessent keçən həftə Ağ Evdə Prezident Donald Trampın yanında qarşı-qarşıya gəliblər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı administrasiyadakı öz mənbələrinə istinadən məlumat yayıb.
"Onlar Ağ Evin Qərb Qanadının foyesində WWE güləş matçı keçirdiklərini zənn edən iki orta yaşlı milyarder idilər", - portal mübahisənin şahidlərindən birinə istinadən yazıb.
"Axios"a görə, onlar Daxili Gəlir Xidmətinin (IRS) taleyi ilə bağlı fikir ayrılığına düşdülər, hər biri öz namizədini federal vergi agentliyinə rəhbərlik etməsini israr edib.
"Oval kabinetdə onların arasında heç bir fiziki təmas olmayıb, amma prezident bunu görüb, sonra dəhlizə çıxıb yenidən bunu ediblər", - deyə hadisənin şahidi əlavə edib.
"Bu, olduqca qəribə səhnə idi. Yüksək səslə danışırdılar. Demək istəyirəm ki, həddindən yüksək səslə", - deyə hadisənin başqa bir şahidi qey
Portalın yazdığına görə, mübahisəyə Maskın Qari Şeplini IRS-in rəhbəri kimi görmək istəməsi səbəb olub.